Nazim Quliyev yenidən 10 ilə kimi məhkum edilə bilər

Özünü İdeal partiyasının rəhbəri kimi təqdim edən, eyniadlı saytın rəhbəri Nazim Quliyevin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaq olunan iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Cavid Hüseynovun sədrlik edəcəyi işin hazırlıq iclası oktyabrın 11-nə təyin edilib.
Nazim Quliyevə yekun olaraq Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə-xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib. Bu maddələrin sanksiya həddində 10 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
İş üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, N.Quliyev 2009-cu ildə rüşvət almaqda, hədə-qorxu ilə tələb etməkdə və digər cinayət əməllərində təqsirli bilinərək 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib, 11 il sonra - 2020-ci ildə azadlığa buraxılıb.
O, bu ilin aprelində vətəndaş şikayətləri əsasında BMCMİ-əməkdaşları tərəfindən yenidən cinayət məsuliyyətinə cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












