Nazir ərəb ölkələrinin aparıcı inkişaf fondlarının nümayəndələri ilə görüşdü

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Əbu-Dabi İnkişaf Fondu, Küveyt Ərəb İqtisadi İnkişaf Fondu və Səudiyyə İnkişaf Fondunun nümayəndə heyətləri ilə görüş keçirib.
Avtosfer.az xəbər verir ki, görüş zamanı qonaqlara AZCON Holding-ə daxil olan şirkətlərin fəaliyyət istiqamətləri, həyata keçirdikləri layihələr və gələcək planları barədə ətraflı məlumat verilib.
Xüsusilə telekommunikasiya, rəqəmsallaşma və nəqliyyat sahələrində innovativ layihələrin maliyyələşdirilməsi, beynəlxalq maliyyə resurslarının cəlb olunması, eləcə də bu istiqamətlərdə investisiya təşəbbüslərinin həyata keçirilməsi imkanları müzakirə edilib.
Eyni zamanda birgə əməkdaşlığın gücləndirilməsi və uzunmüddətli tərəfdaşlıq mexanizmlərinin formalaşdırılmasına dair fikir mübadiləsi aparılıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












