Nazir: "Prezidentin Vaşinqtona səfəri münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi"

"Prezident İlham Əliyevin Vaşinqtona səfəri Azərbaycan və ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə təkan verdi".
Avtosfer.az "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.
O qeyd edib ki, səfər çərçivəsində əldə olunmuş razılaşmalar Prezident İlham Əliyevin diplomatiyasının qələbəsinin növbəti bariz nümunəsidir:
"Azərbaycanla ABŞ arasında qarşılıqlı əməkdaşlıqlar formalaşır. Bu münasibətlər son administrasiya dövründə xeyli zəifləsə də, İlham Əliyevin Vaşinqton səfəri Azərbaycan və ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Səfər çərçivəsində iki ölkənin prezidentləri tərəfindən imzalanmış Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq xartiyasının hazırlanması məqsədi ilə strateji işçi qrupunun yaradılması haqqında razılaşma əldə edildi. Strateji işçi qrupu enerji, ticarət və regional anlaşma, təhlükəsizlik və terrorla mübarizə və digər qarşılıqlı maraq doğuran sahələri əhatə edir".
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb












