Nazir qazax həmkarı ilə bəzi məsələləri müzakirə etdi

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Astana şəhərində Qazaxıstanın nəqliyyat naziri Nurkan Sauranbayev və Prezidentin müşaviri Asel Janasova ilə görüşüb.
Avtosfer.az xəbər verir ki, görüşlər zamanı innovasiya, rəqəmsallaşma və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahələrində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “Astana Hub” İnnovasiya mərkəzinin fəaliyyəti ilə tanış olub. Burada İKT sahəsində peşəkar mütəxəssislərin hazırlanması, startapların inkişafı və rəqəmsal ekosistemin gücləndirilməsi üzrə həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Tərəflər rəqəmsal inkişaf sahəsində təcrübə mübadiləsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Nazir Rəşad Nəbiyevin Qazaxıstanın Baş nazirinin müavini – rəqəmsal inkişaf və süni intellekt naziri Jaslan Madiyev ilə görüşündə isə rəqəmsal hökumət həlləri, süni intellekt, kibertəhlükəsizlik və kosmik texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












