Nazir Rəşad Nəbiyev Dunkan Norman ilə görüşdü - FOTOLAR

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dunkan Norman ilə görüşüb.
Avtosfer.az xəbər verir ki, görüşdə Azərbaycan və Böyük Britaniya arasında nəqliyyat, rəqəmsal inkişaf, süni intellekt və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Böyük Britaniyanın Orta Dəhlizin inkişafına verə biləcəyi töhfələr, həmçinin qabaqcıl Britaniya şirkətləri ilə Azərbaycanda data mərkəzlərinin və digər rəqəmsal infrastruktur layihələrinin həyata keçirilməsi üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda qeyd olunan istiqamətləri əhatə edən Azərbaycan–Böyük Britaniya Yol Xəritəsinin hazırlanması və qəbul edilməsi məsələləri müzakirə olunub.


Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












