Banner

Nazir Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib - FOTOLAR

Xəbərlər 16 Oktyabr 2026 15:11
Nazir Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib - FOTOLAR
WhatsApp kanalımıza abunə olun

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qəbələ şəhərində Oğuz, İsmayıllı və Qəbələ rayonlarının sakinlərini qəbul edib. 

Avtosfer.az xəbər verir ki, görüşdən əvvəl nazir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Vətəndaşların qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismi dərhal müsbət həllini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda oktyabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Nazir Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib - FOTOLAR

Nazir Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib - FOTOLAR

Nazir Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib - FOTOLAR

Oxunub : 104
ŞƏRH YAZ
Ad

E-mail

Şərh