Banner

Nazir Rəşad Nəbiyev Ulf Boll ilə görüşdü - FOTO

Xəbərlər 27 Oktyabr 2026 17:09
Nazir Rəşad Nəbiyev Ulf Boll ilə görüşdü - FOTO
WhatsApp kanalımıza abunə olun

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev beynəlxalq logistika, yükdaşıma və liman əməliyyatları sahələrində ixtisaslaşan Niderlandın “C. Steinweg Group” şirkətinin baş icraçı direktoru Ulf Boll ilə görüşüb.
 
Avtosfer.az xəbər verir ki, görüşdə Orta Dəhlizin inkişaf perspektivləri, Azərbaycanın tranzit və logistika imkanlarının genişləndirilməsi, liman və nəqliyyat infrastrukturunun modernləşdirilməsi, eləcə də şirkətin Azərbaycanda fəaliyyətinin və investisiyalarının genişləndirilməsi imkanları müzakirə edilib.
 
Həmçinin beynəlxalq yükdaşımaların səmərəliliyinin artırılması, Orta Dəhliz vasitəsilə yeni yük axınlarının cəlb edilməsi və AZCON Holding şirkətləri ilə potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Nazir Rəşad Nəbiyev Ulf Boll ilə görüşdü - FOTO

Nazir Rəşad Nəbiyev Ulf Boll ilə görüşdü - FOTO

Oxunub : 74
ŞƏRH YAZ
Ad

E-mail

Şərh