Nazirin müşaviri təyin edilən həmin həkim imiş - FOTO

Elgün Səmədov səhiyyə naziri Teymur Musayevin müşaviri vəzifəsinə təyin edilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, nazirin müşaviri təyin olunan 42 yaşlı E.Səmədov ümumi cərrahdır. O, 2006-cı ildə Hərbi Tibb Fakültəsindən tibb xidməti leytenantı kimi məzun olaraq Gədəbəydə yerləşən hərbi hissədə tabor həkimi işləyib.
Daha sonra Müdafiə Nazirliyinin digər hərbi hissələrində müxtəlif vəzifələrdə tibb xidməti mayoru rütbəsinə qədər yüksəlib. Həmçinin, Türkiyənin Gülhanə Hərbi Akademiyasında cərrahiyyə üzrə təkmilləşdirmə kursu keçib.
2016-cı ildə həkimin fotosu sosial şəbəkələrdə geniş paylaşılmışdı. Belə ki, həmin ilin Aprel döyüşlərində ümumi cərrah Elgün Səmədov xeyli sayda uğurlu cərrahiyyə əməliyyatları keçirmişdi.
Qeyd edək ki, öz istəyi ilə hərbi xidmətdən tərxis olduqdan sonra fəaliyyətini Milli Onkologiya Mərkəzində onkoloq cərrah kimi davam etdirib. Son illərdə isə bir neçə tanınmış özəl xəstəxanalarda işləyib.


Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu












