Nəhayət ki, o “Range Rover” satıldı

İmişlinin 8 il 6 ay həbsə məhkum edilmiş sabiq icra başçısı Vilyam Hacıyevin müsadirə edilən daha bir əmlakı satılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, söhbət onun əvvəl prokuror işləyən oğlu Məhəmməd Hacıyevə aldığı “Range Rover”dən gedir.
Məhkəmə həmin avtomobilin cinayət yolu ilə qazanılmış pullar hesabına alındığını təsdiq edəndən sonra maşın müsadirə edilmişdi.
Məhəmmədin “Range Rover”i əvvəl 56 min manata satışa çıxarılsa da, o qiymətə alıcı tapmayıb. Sonradan qiymət 14 min ucuzlaşaraq 42 minə salınıb. Yekun hərracda isə icra məmuru avtomobili 47 min 500 manata sata bilib.
Satışdan gələn pul dövlətə nəfinə keçəcək.
Qeyd edək ki, indi ucuz qiymətə verilən həmin “Range Rover”in əvvəl 100 min manata yaxın qiyməti var idi. Müsadirədən sonra isə Məhəmmədlə həyat yoldaşı bu avtomobilə görə məhkəməlik olub. Hacıyevin həyat yoldaşı iddia edirdi ki, “Range Rover” birgə evlilik dövründə alınıb, bu səbəbdən pay hüququ var. Lakin iddia qəbul edilməmişdi.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












