Nəqliyyat vasitələrinin utilizasiyası fonduna ayırmalar 2 dəfə artırılıb

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən nəqliyyat vasitələrinin utilizasiyası fonduna 50 milyon manat vəsait ayrılacaq.
Avtosfer.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2025-ci ilin dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə Fərmanda öz əksini tapıb.
Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 2 dəfə çoxdur.
Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyası fonduna vəsaitlərin köçürülməsinə bu ilin fevral ayından başlanılıb.
Fondun vəsaitinin idarə olunması “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Fondun vəsaiti müstəqil mədaxil mənbələri hesabına formalaşır: utilizasiya haqqı; kreditlər və qrantlar; hüquqi və fiziki şəxslərin könüllü ianələri; beynəlxalq təşkilatların və digər donorların ayırmaları; qanunla qadağan olunmayan digər mənbələr.
Fondun vəsaiti aşağıdakı istiqamətlər üzrə istifadə edilir:
- yeni istehsal olunmuş yerli nəqliyyat vasitələri utilizasiyaya verilmə barədə təsdiqedici sənəd təhvil verilməklə satın alınan zaman tətbiq edilən güzəşt məbləğlərinin nəqliyyat vasitələrinin satıcılarına geri ödənilməsi;
- utilizasiyaya verilmiş nəqliyyat vasitələri üçün birdəfəlik ödənişlərin ödənilməsi;
- operatorun nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı funksiyalarının icrasının təşkili və təmin edilməsi üçün vəsaitin ödənilməsi.
Fonda daxil olan aylıq vəsaitin 3 % həcmində hissəsi Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası ilə müəyyən edilmiş istiqamət üzrə hər növbəti ayın 10-dək operatorun cari hesabına köçürülür. Operatorun cari hesabına köçürülmüş vəsait onun gəlirlərinə aid edilməklə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi, operatorun göstərdiyi xidmətlərin elektronlaşdırılması və qanunla qadağan edilməyən digər istiqamətlərdə istifadə olunur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












