Nəsimidə soyğunçuluq edən şəxslər saxlanıldı

Nəsimi rayonunda talama cinayətləri qeydə alınıb.
Bu barədə Avtosfer.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, naməlum şəxslər paytaxt sakininə qarşı soyğunçuluq edərək pul vəsaitini, rayon ərazisində yerləşən köşklərin birindən isə mənimsəmə yolu ilə 12160 manatı ələ keçiriblər. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı M.Mehdiyeva, 22 yaşlı N.Rüstəmov və 20 yaşlı Ə.Məmmədov saxlanılıblar.
Nəsimi rayonunda keçirilən digər tədbirlər zamanı isə vətəndaşın bank kartından 600 manat, eləcə də marketlərin birindən 450 manat dəyərində lotoreya biletləri oğurlamaqda şübhəli bilinən 36 yaşlı E.Pirməmmədov da saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












