Netanyahudan "Flydubai" insidenti ilə bağlı açıqlama: Pilot radikal təsirə məruz qalıb

İsrail hökumətinin qənaətinə görə, "Flydubai" aviaşirkətinin gəmi komandirinə hücum edən ikinci pilot "radikal ideologiyanın təsirinə" məruz qalıb və "intihara meyilli" vəziyyətdə olub.
Avtosfer.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu "Fox News"a müsahibəsində bildirib.
Hökumət başçısı əlavə edib ki, cinayətkar "çox güman ki, təyyarəni qəzaya uğratmaq niyyətində olub".
"Onun radikal ideoloji təsir altına düşdüyü bizə məlumdur. Biz bu nəticələrə onun şəxsi məlumatları əsasında gəlmişik", - deyə Netanyahu bildirib.
Bundan əlavə, İsrailin xüsusi xidmət orqanları təyyarədəki insidentin səbəbkarının, yüksək ehtimalla, heç bir qruplaşma ilə əlaqəli olmadığı və tək hərəkət etdiyi qənaətindədirlər.
Qeyd edək ki, sentyabrın 30-da səhər saatlarında "Flydubai" şirkətinə məxsus təyyarə əvvəlcə qəza siqnalı göndərib, ardınca isə ehtimal edilən qaçırılma zamanı tətbiq olunan xüsusi kodu yayımlayıb. Uçuş heyəti arasında yaranan münaqişə səbəbindən layner kəskin şəkildə hündürlüyünü azaldaraq kursunu dəyişib. Pilotlardan biri digərinə soyuq silahla xəsarət yetirib və təyyarəni qəzaya uğratmağa cəhd göstərib. Hava gəmisi Səudiyyə Ərəbistanı ərazisinə təhlükəsiz şəkildə ensə də, onun quyruq nahiyəsinə ziyan dəyib. İnsidentdən sonra hər iki pilot tibb müəssisəsinə yerləşdirilib.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












