Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu

Tanınmış sığorta mütəxəssisi Nicat Əlibəyli yenidən sığorta fəaliyyətinə qayıdıb. O, bu gündən etibarən "Profam" Sığorta Agentliyinin (insure.az) direktoru vəzifəsində fəaliyyətə başlayıb.
Avtosfer.az xəbər verir ki, sığorta bazarında uzunmüddətli fəaliyyəti və ekspertliyi ilə seçilən N.Əlibəyli, müxtəlif sahələri əhatə edən 20 ilə yaxın zəngin ümumi peşəkar təcrübəyə malikdir. O, əvvəllər "Ata Sığorta" ASC-nin Bakı nümayəndəliyinin rəhbəri və "Azərbaycan Sənaye Sığorta" ASC-də satış şöbəsinin müdiri postlarında çalışıb. Eyni zamanda, bir müddət dövlət sektorunda, o cümlədən Dövlət Məşğulluq Agentliyində rəhbər idarəçi kimi uğurlu fəaliyyət göstərib. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının və BDU-nun məzunu olan ekspert, bundan sonra agentliyin inkişafı və yeni hədəfləri üçün komandaya rəhbərlik edəcək.
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri












