Nigar Fərhad efirə qayıdır?

Aparıcı Nigar Fərhadın “Kanal S” telekanalında yenidən fəaliyyətə başlamasına dair xəbər yayılıb.
Avtosfer.az xəbər verir ki, telekanalın baş prodüseri Roza Zərgərli Teleqraf-a açıqlamasında bu məsələ barədə məlumatının olmadığını deyib.
O qeyd edib ki, Nigar Fərhadın efirə qayıtması xəbərini nə təkzib, nə də inkar edə bilir: “Bununla bağlı bir məlumatım yoxdur. Düşünürəm ki, bu yanlış məlumatdır. Çünki İdarə Heyətinin iclasında belə bir məsələ müzakirə edilməyib. Ona görə də bu barədə məlumatı nə təkzib, nə də təsdiq edə bilirəm”.
Qeyd edək ki, bir müddət əvvəl Nigar Fərhadın efirdə işlətdiyi “Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm” açıqlaması cəmiyyətdə ciddi rezonans doğurmuşdu. Buna görə aparıcının “Kanal S”də müəllifi olduğu “Sözün bitdiyi an” verilişinin yayımı dayandırılmışdı.
Xatırladaq ki, Nigar Fərhadın “Kanal S” telekanalında yenidən fəaliyyətə başlamasına dair xəbəri “Show News” instaqram səhifəsi yayıb. Onun həftənin birinci günü “Nigar xanımla” adlı verilişlə efirə qayıdacağı qeyd olunub. Aparıcı şəxsi instaqram hesabında isə sosial şəbəkə istifadəçisinin sualını cavablandırarkən yenidən efirə qayıdacağını bildirsə də kanalın adını açıqlamayıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












