Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?

Aparıcı Nigar Fərhadın əri Samir Yəhyazadə həbs edilməsi xəbərindən sonra onun şəxsiyyətinə maraq yaranıb.
Avtosfer.az Yeni Sabah-a istinadən xəbər verir ki, adı “AİD Group”la əlaqələndirilən S.Yəhyazadə barədə bilgilər əslində, çox məhduddur.
O, ali təhsili olmadığı halda proqramlaşdırma üzrə AyTİ (IT) mütəxəssisidir. Bunu 10 il ərzində öz üzərində çalışaraq öyrəndiyini bildirib.
S.Yəhyazadə 2008-ci ildən ABŞ-də yaşayır. “Azeroo” şirkətinin rəhbəri olub.
Samir Yəhyazadə xaricdə təhsil sahəsində fəaliyyət göstərən “AİD Group” şirkətinin rəhbəri və tanınmış aparıcı Nigar Fərhadın əri daha çox ABŞ-nin Nyu-York şəhərində yaşayan peşəkar IT mütəxəssisi və proqramçı kimi tanınır. Lakin Azərbaycandakı “AİD Group” xaricdə təhsil şirkətinin rəhbərliyində təmsil olunub.
Şirkətin fəaliyyəti ilə bağlı vətəndaşlardan gələn çoxsaylı şikayətlər və dələduzluq iddialarından sonra hüquq-mühafizə orqanlarında araşdırma aparılır. Samir Yəhyazadə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirli bilinərək barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
“AİD Group”un təsisçisi Nigar Fərhad və anası Arzu Əliyeva da dindirilib, onlarla bağlı araşdırma davam edir. Aparıcının ölkədən getməsi ilə əlaqədar sosial şəbəkələrdə yayılan iddiaların isə həqiqəti əks etdirmir.
Şirkətin təsisçisi Nigar Fərhad Harvard Universitetində təhsil aldığını bildirir. O, müxtəlif televiziya kanallarında aparıcı kimi çalışıb və verilişlərində səsləndirdiyi bəzi fikirlərlə zaman-zaman ictimai müzakirələrin mərkəzində yer alıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












