NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR

Hazırda davam edən intensiv yağıntı ilə əlaqədar paytaxtda svetoforlar və onların idarəetmə qurğuları fasiləsiz olaraq diqqətdə saxlanılır.
Bu barədə Avtosfer.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hava şəraiti səbəbindən yaranan texniki problemlər həll edilir, nəqliyyat vasitələrinin rahat hərəkəti üçün yol polisi ilə birgə informasiya mübadiləsi aparılır:
"Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkəti və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlardan xahiş edilir ki, paytaxt ərazisində yerləşən svetoforlarda hər hansı problemlə rastlaşdıqda DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 24 saat rejimində çalışan +994 12 404 41 22 telefon nömrəsinə məlumat versinlər.
Bununla yanaşı, yollarda svetoforlar hansısa səbəbdən işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab olunur. Bu zaman sürücülər “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsini əsas götürərək yollarına davam etməlidirlər"..
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident




















