Nikol Paşinyan: Cənubi Qafqazda bir neçə nəqliyyat dəhlizinə ehtiyac var

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin Ermənistana gözlənilən səfərinin gündəliyindəki ən vacib məsələlərdən biri Ermənistan məhsullarının, xüsusilə kənd təsərrüfatı məhsullarının Avropa İttifaqı (Aİ) bazarına daha sadələşdirilmiş çıxış imkanlarının müzakirəsi olacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan məlumat verib.
O qeyd edib ki, yüksək səviyyəli Aİ nümayəndə heyətinin səfəri böyük əhəmiyyət daşıyır, Ermənistan xarici işlər nazirinin yaxın zamanda Aİ xarici işlər nazirlərinin toplantısında iştirakı İrəvan üçün yeni imkanlar açıb.
Baş nazir ümid etdiyini bildirib ki, ticarət maneələrinin sadələşdirilməsi ilə bağlı saziş üzərində aparılan işlər Leyenlə danışıqlar zamanı yekunlaşacaq: “Ümid edirəm, Avropa Komissiyası ilə bu layihəni sona çatdıracağıq və İrəvana səfər zamanı bunu birlikdə elan edəcəyik”.
Ticarət məsələləri ilə yanaşı, Avropa rəsmiləri ilə görüşlərdə regional logistika, Ermənistanın qlobal nəqliyyat marşrutlarına inteqrasiyası, Azərbaycan və Gürcüstan üzərindən keçən Orta Dəhliz mövzuları da müzakirə olunacaq.
Paşinyan “Sülh qovşağı” layihəsinin potensialına diqqət çəkərək söyləyib ki, Cənubi Qafqazdakı nəqliyyat layihələri bir-birinə rəqib deyil. Onun fikrincə, yük axınları o qədər böyükdür ki, onları yalnız bir marşrut vasitəsilə daşımaq mümkün deyil və regionda bir neçə nəqliyyat dəhlizinə ehtiyac var.
Baş nazir əlavə edib ki, artıq Cənubi Qafqaz ölkələrinin regiona vahid məkan kimi baxmasının vaxtı çatıb və burada çoxsaylı ortaq maraqlar mövcuddur.
Xatırladaq ki, Ursula fon der Leyen iyulun 1-də Ermənistana səfər edəcək. Bu, onun Ermənistana ikinci səfəri olacaq. Avropa Komissiyasının prezidentini komissar Marta Kos müşayiət edəcək./teleqraf
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












