Nikol Paşinyanı MƏHKƏMƏYƏ VERDİLƏR

“Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyan Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı mülki iddia qaldırıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Datalex məhkəmə informasiya sistemindəki məlumatlara istinadən məlumat yayılıb.
İddia Paşinyanın seçki kampaniyası zamanı Samvel Karapetyanla bağlı səsləndirdiyi fikirlərə əsaslanır.
Karapetyan məhkəmədən Nikol Paşinyanın mayın 29-da etdiyi çıxış zamanı ona qarşı təhqiramiz ifadələr işlətdiyinə görə açıq şəkildə üzr istəməsini tələb edir.
İddia ərizəsində üzrün konkret mətn və formada yayımlanması tələb olunur. Bildirilir ki, Paşinyan üzrxahlığı videoyazı vasitəsilə yayımlamalı və videonun başlığında “Mən, Nikol Vovayeviç Paşinyan, Samvel Sargisoviç Karapetyandan üzr istəyirəm” ifadəsi yer almalıdır.
Sənəddə qeyd olunur ki, üzrxahlıq videosunda və onun başlığında Nikol Paşinyanın və ya hər hansı üçüncü şəxsin əlavə və şərhləri olmamalıdır. Videoda yalnız müəyyən edilmiş üzr mətninin səsləndirilməsi tələb edilir.
Samvel Karapetyan həmçinin təhqirə görə 3 milyon dram məbləğində təzminat, eləcə də dövlət rüsumu və ağlabatan vəkil xərcləri daxil olmaqla məhkəmə və hüquqi xərclərin ödənilməsini tələb edir.
İddia ərizəsi sentyabrın 9-da məhkəməyə təqdim edilib. İşə Yerevan Mülki Məhkəməsinin hakimi Tiqran Qriqoryan baxacaq.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












