Novxanı və Görədildəki bağ evlərindən oğurluq etdilər - FOTO - VİDEO

Paytaxtın Binəqədi rayonunda tikintisi tamamlanmayan 8 evdən oğurluq edilib.
Avtosfer.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq talama cinayətini törədən şəxslər - 33 yaşlı Rövşən Cavadov və tanışı 38 yaşlı Elvin Aliyev saxlanılıblar. Həmin şəxslər Novxanı və Görədil bağları massivlərində evlərdə təmir işlərinin getmədiyinə əmin olduqdan sonra həmin mənzillərdən santexnika malları, təmir-tikinti alətləri, məişət əşyaları və elektrik naqillərini talayıblar. Bu yolla zərərçəkənlərə külli miqdarda zərər vurublar. Onların oğurluq əməlləri təhlükəsizlik kameraları vasitəsilə anbaan lentə alınıb.
İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı Sulutəpə qəsəbəsində iki evdən ümumilikdə 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan 48 yaşlı Ramil Əsgərov da saxlanılaraq istintaqa təqdim edilib.
Qeyd edilən faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












