Novxanıda bu ərazini kanalizasiya suları bürüdü - VİDEO

Son günlərdə Sumqayıt şəhər Novxanı bağlar yaşayış massivində ciddi ekoloji və sosial problem yaranıb.
Avtosfer.az xəbər verir ki, Rəna Əsədovaya məxsus fərdi yaşayış evinin həyətini artıq bir neçə gündür ki, kanalizasiya suları basıb.
Həyətin tamamilə bataqlığa çevrilməsi nəinki ətraf mühitə zərər vurur, həmçinin ailənin və qonşuluqda yaşayan sakinlərin sağlamlığı üçün də ciddi təhlükə yaradır.
Mövcud vəziyyət barədə aidiyyatı qurumlara dəfələrlə məlumat verilib. Lakin bütün şikayətlər nəticəsiz qalıb, problemin həllinə hələ də konkret addım atılmayıb. Sakinlərin sözlərinə görə, vəziyyət getdikcə daha da pisləşir və kanalizasiya suları həyətin çöl hissəsindən evin girişinə qədər yayılıb. Bu da həm maddi ziyana, həm də üfunət və xəstəlik mənbəyinə çevrilib.
DenazTv olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxs, Bağlar Sukanal idarəsi ilə əlaqə saxladıq. Adı çəkilən qurumun rəhbərliyi bildirdi ki, məlumat daxil olan kimi vətəndaşın haqlı şikayəti tam araşdırılıb. Tutulmaya məruz qalan kanalizasiya xətti əməkdaşlar tərəfindən təmizlənməsi işi həyata keçirilib. Ərazi onlar tərəfindən bundan sonra diqqət mərkəzində saxlanılacaq deyə - Bağlar Sukanal idarəsindən bildirilib.
Xüsusiylər vurğulayaq ki, bu cür vəziyyət ilk növbədə insan hüquqlarının pozulması deməkdir. Gigiyenik və sağlam mühitdə yaşamaq hüququ hər bir vətəndaşa təmin edilməlidir. Lakin burada əksinə, sakinlər məcbur qalıb üfunətli və antisanitar şəraitdə yaşamağa davam edirlər. Eyni zamanda, belə halların vaxtında qarşısının alınmaması aidiyyatı qurumların məsuliyyətsizliyindən və ictimai nəzarətin zəifliyindən xəbər verir.
Problemin əsas səbəblərindən biri kanalizasiya xətlərinin ya köhnəlməsi, ya da düzgün texniki xidmət göstərilməməsi ola bilər. Belə olan halda bu sahədəki laqeydlik vəziyyətin daha da ağırlaşmasına şərait yaradır. Əgər belə hallar vaxtında aradan qaldırılmasa, təkcə bu ailə deyil, ətraf ərazidə yaşayan bütün sakinlər üçün epidemiya və digər sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilər.
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO










