"O vaxt kəmər taxana pis sürücü kimi baxırdılar" - Nüşabə Ələsgərli

Ömrümün 30 ili yollarda keçib: o rayon, bu şəhər, qəsəbə. Ölkədaxilində toylara gedəndə özüm idarə edirdim. Amma son 7 ildir heç maşın sürmürəm. Tıxaclardan, dayanacaqlardan yoruldum, sürməyi bacarmayanlar da çoxalıb". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Yollar bizi ayırmasın" verilişində deyib. Müğənni 7 ildir avtomobil idarə etmədiyini bildirib.
Avtosfer.az xəbər verir ki, Nüşabə Ələsgərli keçirtdiyi qəzadan danışıb:
"Rayona toya gedirdim, ailə üzvlərim də mənimlə gedirdi. Onları rayona qoyub, toy olan yerə getdim. Gecə tək qayıtdım. Böyük tırın siqnal səsinə oyandım. Yoxsa onun altında qalacaqdım. Maşın fırlandı durdu. Yolda yata da bilməzdim. Şəmkirdən Bakıya kimi necə gəldim Allah bilir. Tövbə etdim ki, bir də gecə yola çıxmayacağam".
Müğənni illər əvvəl maşını təhlükəsizlik kəməri taxmadan sürdüyünü etiraf edib:
"Maşınların ən dəbdə olanını, bahalısını almışam. Ürəyim istəyəni alıb sürmüşəm. Kəmər taxmaq, telefona cavab vermək olmaz. O vaxt kəmər taxmırdım. O vaxt kəmər taxana pis sürücü kimi baxırdılar. Sonra düz yola qayıtdım".(pravda.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












