"Ofis, ictimai nəqliyyat podium deyil": Bəhram gileyləndi

“Uşaqlıqdan bizə öyrədiblər ki, ətir çox şəxsi bir məsələdir. Demək olar ki, gigiyena kimi. Bu, insanın şəxsi məkanı, bədəni və dünyadakı varlığıdır. Məhz buna görə də bizə həmişə deyirdilər ki, ətir hədiyyə etmək incə məsələdir. Yüz dəfə düşünmək lazımdır, çünki belə bir hədiyyə ilə sən sözün əsl mənasında başqa bir insanın şəxsi məkanına daxil olursan”.
Avtosfer.az xəbər verir ki, bunu Əməkdar artist Bəhram Bağırzadə sosial media hesabında yazıb.
O, tünd qoxulardan gileyini bu cür bildirib:
“Bu gün səhər kiçik, amma çox düşündürücü bir hadisə yaşadım. Saat səkkiz idi, lift, bir neçə insan. Bir gənc oğlan ətirdən həddindən artıq istifadə etmişdi. Elə bir həddə ki, xoş bir ətir izi yox, narahatlıq hissi yaranırdı. Məsələ ətirin pis olmasında deyildi - sadəcə çox idi və çox yaxın idi.
Burada vacib olan bir sadə həqiqət var: ətir “hamı hiss etsin” deyə deyil. O, “yaxınlaşmaq istəyənin hiss etməsi” üçündür. Yaxşı ətir qışqırmır, özünü zorla qəbul etdirmir və insanın özündən əvvəl qapalı məkanı doldurmur”.
Aktyor ətirdən istifadənin də bir hörmət forması olduğunu diqqətə çatdırıb:
“Lift, ictimai nəqliyyat, ofis, səhər saatları - bunlar podium və ya parfümeriya mağazası deyil. İnsanların həssaslığı fərqlidir: kiminsə allergiyası var, kiminsə başı ağrıyır, kiminsə isə səhər tezdən başqa birinin qoxusunu “daşımağa” sadəcə gücü yoxdur.
Məncə, bəzən hamımıza xatırlatmaq lazımdır: ətirdən istifadə etmək də hörmət formasıdır. Özünə və ətrafındakılara hörmət. Başqalarına narahatlıq yaratmayacaq qədər ətirlənmək azadlığın məhdudlaşdırılması deyil, mədəniyyət məsələsidir.
Ətir intimdir. Qoy o, qışqırıq yox, pıçıltı olsun”./cebhe.info
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR












