Oğuz polisindən ƏMƏLİYYAT: Narkotik satan ata, ana, oğul və gəlin SAXLANILDILAR - VİDEO

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, tədbirlərlə bir ailənin 4 üzvü - əvvəllər də ağır cinayətə görə məhkum olunmuş 65 yaşlı Məmmədsaad Məmmədov, oğlu 34 yaşlı Orxan Məmmədov, arvadı 55 yaşlı Gülnaz və gəlini Dilbər Məmmədovalar saxlanılıb. Onların Xaçmaz kəndində yaşadıqları ünvana baxış keçirilərkən 3 kiloqrama yaxın marixuana, 138 ədəd çətənə bitkisi və hissələri, eləcə də şüşə qablarda narkotik tərkibli bitkilərin toxumları aşkar olunub. Saxlanılan şəxslər çətənə kollarını bir müddət əvvəl becərdiklərini və qulluq göstərdiklərini bildiriblər. M.Məmmədov narkotik sifarişlərini qəbul etdikdən sonra arvadı, oğlu və gəlini vasitəsilə deyilən ünvanlara çatdırılmasını təmin edib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə üç nəfər barəsində həbs, D.Məmmədova barəsində isə digər növdən olan qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












