Oktyabrın 2-dən noyabrın 7-dək Orionid meteor yağışı müşahidə ediləcək

Oktyabrın 2-dən noyabrın 7-dək Orionid meteor yağışı müşahidə ediləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Qeyd olunub ki, oktyabrın 21-də meteorların sayı pik həddə olacaq.
Mənbəyi Orion bürcündə olduğuna görə bu meteor yağışı Orionidlər adlanır. Onun zirvəsində saatda 20-yə qədər meteor görünə bilər. Bakıdan yağış saat 22:00-dan 06:27-yə - səhər açılana qədər müşahidə olunacaq.
Bu, ayın ikinci meteor yağışıdır. Drakonid meteor yağışı oktyabrın 6-10-da müşahidə ediləcək və oktyabrın 8-də pik həddinə çatacaq.
Orionid meteor yağışı Halley kometinin yaratdığı ikinci meteor yağışıdır. Halley kometinin Günəş ətrafında bir dövrünün tamamlanması təxminən 76 il çəkir. O, Yerdən növbəti dəfə 2061-ci ildə görünəcək.
Bəzən meteorlar meteor yağışı kimi tanınan qruplar halında düşürlər. Meteor yağışını təşkil edən meteorlar paralel trayektoriyalarla və eyni sürətlə hərəkət etdiyi üçün Yerdəki müşahidəçilərə səmanın eyni nöqtəsindən uçurlar kimi görünür. Bu nöqtəyə radiant deyilir. Ənənəyə görə, meteor yağışları radiantın yerləşdiyi bürcün adını daşıyır.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












