Olimpiadalarda qızıl medal qazanan məktəblilərə xüsusi imtiyazlar… - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Şagirdlərin akademik nailiyyətləri və istedadlarının dəyərləndirilməsi təhsil sistemində mühüm yer tutur.
Xüsusilə yüksək səviyyəli uğurlar əldə edən məktəblilərin daha üst sinfə keçirilməsi və beynəlxalq olimpiyadalarda qazanılan nailiyyətlərə görə tətbiq olunan güzəştlər bu istiqamətdə əsas müzakirə mövzularından biridir.
Bəs görəsən məktəblilər hansı hallarda daha üst sinfə keçə bilərlər? Beynəlxalq olimpiyadalarda qızıl medal qazanan şagirdlərə hansı xüsusi imtiyazlar, yaxud güzəştlər təqdim olunur?
Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuruzadə Avtosfer.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, xüsusi istedadlı uşaqlar üçün əlavə tədris və fəaliyyət proqramı hazırlanmalıdır:

“Biz bu istiqamətdə müəyyən addımlar atmışıq. Xüsusi istedadlı uşaqlar 5 yaşından etibarən 1-ci sinifə cəlb olunur. Bu, standart prosedurlar üçün yolverilməzdir. Amma təkcə bununla iş bitməməlidir. Bu gün xüsusi istedadlı uşaqlar məktəbə qəbul olunduqdan sonra ümumi siniflərdə öz potensiallarının nisbətən aşağı səviyyədə qalması təhlükəsi ilə üzləşirlər. Getdikcə onların arasında assimilyasiya təhlükəsi yaranır. Ona görə də biz onlar üçün xüsusi proqramlar hazırlamalıyıq. Məktəblərdə hər sinif üzrə ayrıca qruplar təşkil olunmalıdır. Biz bu uşaqları mütləq fərqləndirməliyik”.
Ekspert son olaraq vurğulayıb ki, bu uşaqlar üçün Elm və Təhsil Nazirliyi səviyyəsində xüsusi təhsil proqramı hazırlanmalı və oxuduqları məktəblərdə onlara xüsusi nəzarət mexanizmi tətbiq olunmalıdır:

“Əmin ola bilərsiniz ki, bu çox ciddi problemdir. Hər il məktəblərimizdə xüsusi istedadlı uşaqlarımızı itiririk”.
Eltac Zülfüqaroğlu
İlham Əliyev müraciət ünvanladı
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI











