Ölkəmiz Çində beynəlxalq tədbirdə iştirak edir - FOTOLAR

Çin Xalq Respublikasının Çendu şəhərində 8-ci Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisi təşkil edilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndə heyəti də təmsil olunur. Sərginin açılış mərasimində Azərbaycan ilə Çin arasında imzalanmış mühüm sənədlər, strateji tərəfdaşlığın inkişaf dinamikası barədə məlumat verilib. Eyni zamanda nəqliyyat və logistika sahəsində mövcud olan sıx əməkdaşlıq xüsusi vurğulanıb.
Nümayəndə heyətimiz, həmçinin sərgi çərçivəsində keçirilən 10-cu Asiya – Avropa Multimodal Nəqliyyatın İnkişafı Konfransında iştirak edib. Toplantıda Azərbaycanın nəqliyyat sistemi, ölkənin beynəlxalq nəqliyyat dəhlizlərində, xüsusilə Orta Dəhlizdə rolu və həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilib.
Sərgidə Azərbaycanın nəqliyyat-logistika potensialını əks etdirən stend təqdim olunur.
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO














