Ölkəmiz növbəti dəfə BNF-də uğurla təmsil olundu

Azərbaycanın süni intellekt sahəsində həyata keçirdiyi təşəbbüslər beynəlxalq səviyyədə növbəti dəfə tanınıb.
Avtosfer.az xəbər verir ki, Beynəlxalq Nəqliyyat Forumunun (BNF) dərc etdiyi “Bacarıqlar bizi irəli aparır: süni intellekt dövründə nəqliyyat sahəsində işçi qüvvəsinin bacarıqları – xülasə və nəticələr” adlı hesabatda ölkəmizin təcrübəsinə xüsusi yer ayrılıb.
Hesabatda süni intellektin tətbiqi fonunda işçi qüvvəsinin bacarıqlarının inkişafı ilə bağlı siyasət yanaşmaları təhlil olunub və dövlətlər üçün əsas istiqamətlər müəyyən edilib. Bu çərçivədə “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün süni intellekt Strategiyası” müsbət nümunə kimi göstərilib.
Xüsusilə vurğulanıb ki, Azərbaycanın yanaşması süni intellekti əmək bazarı üçün risk kimi deyil, peşəkar inkişaf üçün yeni imkan kimi təqdim edir. Strategiya çərçivəsində ictimaiyyətin süni intellekt barədə məlumatlılığının artırılması, etik və məsuliyyətli istifadənin təşviqi prioritet kimi müəyyən olunub. Bu məqsədlə Milli Süni İntellekt Mərkəzi nəzdində yaradılan Süni İntellekt Akademiyası vasitəsilə ilkin biliklərdən başlayaraq daha dərin STEM əsaslı təlim proqramları həyata keçirilir. Strategiya çərçivəsində müxtəlif dövlət qurumları üzrə 500 əməkdaş üçün təlim və 3000 nəfərlik süni intellekt mütəxəssisi icmasının formalaşdırılması nəzərdə tutulur.
Hesabatda ümumilikdə bildirilib ki, nəqliyyat sektorunda süni intellektin tətbiqi yalnız texnoloji deyil, eyni zamanda bacarıqların inkişafı və əmək bazarının transformasiyası məsələsidir. Bu baxımdan Azərbaycanın yanaşmasının beynəlxalq səviyyədə qeyd edilməsi ölkəmizin bu sahədə irəli sürdüyü siyasətin düzgün istiqamətdə olduğunu bir daha təsdiqləyir. Həmçinin Azərbaycanın süni intellekt, rəqəmsallaşma, innovasiya və insan kapitalının inkişafı üzrə həyata keçirdiyi ardıcıl siyasətin beynəlxalq səviyyədə tanındığını və digər ölkələrə nümunə təşkil etdiyini göstərir.
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO
Bakıdakı dəbdəbəli toyun sahibi o imiş - YENİLƏNİB
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
Bakının küçələri yeni tədris ilinə hazırdır?
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİLİK
Hikmət Hacıyev diplomatlara təyyarədə mikrofonla təşəkkür etdi - VİDEO
"Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin şok detalları - VİDEO
Sürücülərin nəzərinə: Bakının əsas prospektlərindən birində təmir başlayır
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO











