Ölkəmiz Parisdə beynəlxalq tədbirdə iştirak edib - FOTO

Azərbaycan Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının mənzil-qərargahında keçirilən Beynəlxalq Nəqliyyat Forumunun (BNF) 12-ci Nəqliyyat Statistikası Görüşündə təmsil olunub.
Avtosfer.az xəbər verir ki, tədbirdə BNF-nin builki zirvə toplantısının “Dayanıqlı nəqliyyatın maliyyələşdirilməsi” mövzusuna uyğun olaraq nəqliyyat sektorunda dayanıqlılığın gücləndirilməsi və gələcəyə yönələn siyasətlərin formalaşdırılmasında məlumat və statistikanın rolu müzakirə edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Əliş İsmayılov nəqliyyat siyasətində daha proaktiv və gələcəyə yönələn yanaşmaların əhəmiyyətini vurğulayıb. Texnologiyanın nəqliyyat sistemlərinin dayanıqlılığının artırılmasında və qeyri-müəyyənliklərin idarə edilməsində əsas alət olduğu diqqətə çatdırılıb.
Görüşdə Bakı şəhərinin “Rəqəmsal əkiz”i layihəsi çərçivəsində məlumatların toplanması və inteqrasiyası prosesi, istifadə olunan texnoloji həllər, eləcə də “rəqəmsal əkiz”in nəqliyyat planlaşdırılması, optimallaşdırılması və infrastruktur qərarlarının qəbulunda tətbiqi barədə məlumat verilib.
Həmçinin süni intellektin rəsmi statistikaya təsiri, sektorlararası məlumatların nəqliyyat siyasətinə inteqrasiyası, məlumatların toplanması və ölçülməsi üzrə innovativ yanaşmalar müzakirə olunub.
Azərbaycan bu görüşdə fəal iştirakı ilə BNF-yə sədrliyi çərçivəsində məlumat əsaslı, dayanıqlı və gələcəyə yönələn nəqliyyat sistemlərinin təşviqinə, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verib.

Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri












