Ölkənin nəqliyyat xidmətlərindən gəlirləri artdı

Azərbaycanın nəqliyyat xidmətləri üzrə müsbət saldosu 2026-cı ilin ilk altı ayında 941,1 milyon dollar təşkil edib.
Avtosfer.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,9% çoxdur. 2025-ci ilin ilk yarısında nəqliyyat xidmətləri üzrə profisit 856,4 milyon dollar olmuşdu.
Azərbaycan Mərkəzi Bankının tədiyə balansı hesabatına görə, yanvar-iyun aylarında nəqliyyat xidmətləri üzrə ümumi dövriyyə 2,6 milyard dollar olub. Bu, Azərbaycanın xarici ölkələrlə ümumi xidmətlər dövriyyəsinin 28,5%-nə bərabərdir.
Hesabat dövründə Azərbaycan rezidentlərinin xarici müştərilərə göstərdiyi nəqliyyat xidmətlərinin dəyəri 1,8 milyard dollar, xaricdən alınan nəqliyyat xidmətlərinin dəyəri isə 800 milyon dollar təşkil edib. Nəqliyyat xidmətlərinin 67,8%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə bağlı olub.
Qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı illik 6,6% artıb, idxalı isə 1,7% azalıb. Bunun nəticəsində nəqliyyat sektoru Azərbaycanın xidmətlər balansında müsbət saldo yaradan əsas istiqamətlərdən biri olub.
Ümumilikdə, Azərbaycanın xidmətlər balansında ilk altı ayda 1,04 milyard dollar kəsir yaranıb. Kəsir illik müqayisədə 1,2% azalıb.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












