“Ölüm gəmisi”nin təxliyəsi üçün İspaniyaya yollandı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bəzi sərnişinlərində hantavirus aşkarlanan Niderland bayrağı altında üzən “MV Hondius” gəmisinin təhlükəsiz təxliyə prosesinə nəzarət etmək məqsədilə İspaniyaya yollandığını açıqlayıb.
Avtosfer.az xəbər verir ki, Argentinadan yola düşərək Kanar adalarına istiqamət alan gəmidə bir neçə sərnişinin hantavirus testinin müsbət nəticə verməsi beynəlxalq narahatlığa səbəb olub.
Qebreyesus bildirib ki, o, Tenerifedə sərnişinlərin, ekipaj üzvlərinin və səhiyyə işçilərinin təhlükəsiz şəkildə gəmidən endirilməsi prosesini izləyəcək yüksəkvəzifəli rəsmilərlə birlikdə çalışacaq.
ÜST rəhbəri gəminin kapitanı Yan Dobroqovski və təşkilatın göyərtədəki nümayəndəsi Dr. Freddi Banza-Mutoka ilə birbaşa əlaqədə olduğunu qeyd edib. Onun sözlərinə görə, hazırda gəmidə hantavirus simptomları göstərən başqa şəxslər qeydə alınmayıb.
Qebreyesus vurğulayıb ki, ÜST vəziyyəti yaxından izləyir, dəstək və növbəti addımları əlaqələndirir. O əlavə edib ki, Kanar adaları əhalisi və qlobal ictimaiyyət üçün hantavirus riski hazırda aşağı qiymətləndirilir.
“MV Hondius” gəmisinin mayın 7-də sərnişinlərin təxliyəsi məqsədilə Kanar adalarına istiqamətləndiyi, gəminin yaxın saatlarda bölgəyə çatmasının gözlənildiyi bildirilir.
Qeyd edək ki, hantavirus, əsasən, gəmiricilər vasitəsilə yayılan virus xəstəliyidir. Virus daha çox qurumuş gəmirici sidiyi, nəcisi və ya tüpürcəyi ilə çirklənmiş havanın tənəffüs edilməsi nəticəsində insana keçir. Nadir hallarda gəmirici dişləməsi və ya cızığı da yoluxmaya səbəb ola bilər.
Xəstəliyin əsas simptomlarına yüksək hərarət, yorğunluq, əzələ ağrıları və nəfəs darlığı daxildir. Ağır hallarda isə hantavirus tənəffüs çatışmazlığı, daxili qanaxma və böyrək çatışmazlığına yol aça bilər.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












