Oman vətəndaşları Azərbaycana vizasız gələcəklər

Fevralın 15-dən başlayaraq Oman vətəndaşlarının Azərbaycana vizasız girişinə icazəsi verilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Omanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, adıçəkilən ölkənin sakinlərinə birillik müvəqqəti güzəşt nəzərdə tutulub.
Qeyd olunur ki, sözügedən ərəb ölkəsinin vətəndaşları əvvəlcədən viza almadan Azərbaycana daxil ola və hər səfərdə 30 günə qədər qala bilərlər. Bir il ərzində maksimum üç səfərə icazə verilir.
XİN səyahət edənlərə pasportlarının giriş tarixindən etibarən ən azı altı ay müddətində etibarlı olmasını tövsiyə edib. Ziyarətçilərdən həmçinin qalma müddətini əhatə edən tibbi sığorta alması da tələb olunur.
Vurğulanır ki, bu addım ölkə vətəndaşlarının səyahət imkanlarını asanlaşdıracaq və iki ölkə arasında əlaqələri gücləndirəcək.
Nəzərə çatdıraq ki, ötən ilin sonlarında Azərbaycan Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş təsdiq edilib.
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb












