Onlara da hərbi xidmətdən möhlət hüququ veriləcək

Peşə təhsili alan gənclər hərbi xidmətə çağırışla bağlı müəyyən şərtlər daxilində möhlət hüququ əldə edirlər.
Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21.1.2-ci maddəsində əksini tapıb.
Həmin maddəyə əsasən, peşə təhsili müəssisələrində təhsil alan və bu təhsil müəssisələrinə daxil olana qədər tam orta təhsil almamış çağırışçılar üçün 20 yaşınadək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Qanunun bu müddəası peşəkar bacarıqlar qazanmaq istəyən gənclərin təhsil prosesinin hərbi xidmətə görə yarımçıq qalmamasını təmin etmək məqsədi daşıyır.
Xatırladaq ki, möhlət hüququ yalnız qeyd olunan şərtlərə cavab verən şəxsləri əhatə edir və 20 yaş tamam olduqdan sonra hərbi xidmətə çağırış qüvvədə qalır.
Məlumat üçün bildirək ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna edilmiş son dəyişikliklə ümumi təhsil müəssisələrində tam orta təhsil alanlara da 20 yaşınadək hərbidən möhlət hüququ verilir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












