Onların baqajları gömrükdə yoxlanılmayacaq

Birinci vitse-prezident və vitse-prezidentlərin baqajları gömrükdə yoxlanılmayacaq.
Avtosfer.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, xidməti vəzifələrinin icrası ilə əlaqədar gömrük sərhədindən keçən Azərbaycanın Birinci vitse-prezidentinin və vitse-prezidentlərinin, Baş nazirinin, onun müavinlərinin, müvafiq icra hakimiyyəti orqanlarının rəhbərlərinin, Milli Məclis deputatlarının və İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) şəxsi baqajları gömrük yoxlamasından azaddır.
Həmçinin xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçılarının, diplomatik heyətinin üzvlərinin və onlarla birlikdə yaşayan ailə üzvlərinin şəxsi baqajları gömrük baxışından azaddır./qafqazinfo
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












