Onların iş və istirahət vaxtı dəyişdirildi - RƏSMİ

Kommersiya məqsədli hava daşımalarında çalışan təyyarə heyətinin iş və istirahət vaxtının tənzimlənməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilir.
Avtosfer.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə və “Aviasiya haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb. Təklif olunan dəyişikliyə əsasən, uçuş iş vaxtının hesablanması qaydası müəyyənləşdirilib.
Bu müddət hava gəmisi heyətinin hava limanına gəlməsi ilə başlayır və son uçuş başa çatdıqdan sonra təyyarənin yerdə hərəkətinin tam dayanmasına qədər davam edir. Hava limanına gəlmə vaxtı hava gəmisinin istismarçısı tərəfindən müəyyən ediləcək. Layihə çərçivəsində Əmək Məcəlləsinə də uyğunlaşdırıcı dəyişikliklərin edilməsi nəzərdə tutulub. Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO












