"Orta Dəhliz təhlükəsiz tranzit marşrutu kimi əhəmiyyətini artırır" - Rövşən Rüstəmov

Orta Dəhliz Avrasiyanın mərkəzində yerləşən ölkələr üçün alternativ və təhlükəsiz tranzit marşrutu kimi əhəmiyyətini artırır.
Avtosfer.az report-a istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasında bildirib.
Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində qəbul edilən birgə qərarlar, vahid texniki və əməliyyat standartlarının tətbiqi yük daşımalarının optimallaşdırılmasında və tranzit potensialından səmərəli istifadədə mühüm rol oynayır: "Əminik ki, bu cür koordinasiyalı fəaliyyət regionun nəqliyyat zəncirinin dayanıqlığını və rəqabətqabiliyyətliliyini artırır. Əməliyyatların rəqəmsallaşdırılması, mərkəzləşdirilmiş tranzit sistemlərindən istifadə və real vaxt rejimində daşımaların izlənməsi kimi texnoloji həllər bu prosesin mühüm tərkib hissəsidir. "Azərbaycan Dəmir Yolları" artıq bu sahədə bir sıra innovativ layihələri həyata keçirir".
O əlavə edib, son illərdə Azərbaycan ərazisində beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə genişmiqyaslı işlər görülüb: "Bakı-Tbilisi-Qars dəmir yolu artıq Avropa və Asiya arasında etibarlı körpü rolunu oynayır. Bu xəttin modernizasiyasından sonra onun buraxılış qabiliyyəti ildə 1 milyon tondan 5 milyon tona qədər artırılıb. Ümumiyyətlə, "Azərbaycan Dəmir Yolları" Orta dəhliz üzrə əməliyyatların səmərəliliyini artırmaq üçün infrastrukturun inkişafı istiqamətində işlərini davam etdirir, o cümlədən "Şərq-Qərb" istiqamətində əsas magistral dəmir yolu olan Bakı-Böyük-Kəsik xəttində dəyişən cərəyana keçid üzrə işlər uğurla aparılır".
R.Rüstəmov qeyd edib ki, ADY bu ilin 10 ayı ərzində Orta Dəhliz üzrə 317 blok qatarı, o cümlədən 119 tranzit qatarı qəbul edib: "Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 32 % artım deməkdir".
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi












