Ötən gün bir sıra silah-sursat aşkar edildi
Xəbərlər
6 Mart 2025 17:18
Oxunub 710

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, bu məlumatı DİN mətbuat xidməti verib.
Martın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 5 qumbara, 4 alışdırıcı, 16 tüfəng, 6 patron darağı və 420 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













