Ötən il avtomobil nəqliyyatı ilə 2 milyarda yaxın sərnişin daşınıb

Ötən il Azərbaycanda avtomobil nəqliyyatı ilə 151 milyon 655,3 min ton yük, 1 milyard 973 milyon 805,2 min sərnişin daşınıb.
Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə müvafiq olaraq 8 milyon 178,2 min ton (5,7 %) və 127 milyon 796,8 min sərnişin (6,9 %) çoxdur.
Hesabat dövründə 1 milyard 879 milyon 797,3 min sərnişin avtobusdan istifadə edib. Bu, 2024-cü illə müqayisədə 124 milyon 617,8 min nəfər və ya 7,1 % çoxdur. 2025-ci ildə minik taksilərinin xidmətlərindən istifadə edən sərnişinlərin sayı 3 milyon 179 min nəfər (3,5 %) artaraq 94 milyon 7,9 min nəfər olub.
Sərnişinlərin 95,2 %-i avtobus, 4,8 %-i isə minik taksilərinin xidmətlərindən istifadə ediblər.
Qeyd edək ki, 2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 243,2 milyon ton olub. Yüklərin 62,4 %-i avtomobil nəqliyyatı vasitəsilə daşınıb.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












