Ötən il baş verən aviaqəzalarda 91 həlak olub

Avropa İttifaqında (Aİ) qeydiyyatdan keçmiş təyyarələrin iştirakı ilə ötən il baş verən hava qəzaları nəticəsində ümumilikdə 91 nəfər həlak olub. Bu, 2023-cü illə (121 nəfər) müqayisədə 30 nəfər azdır. Avtosfer.az xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsinin (Eurostat) məlumatında bildirilib. Ən çox ölüm hadisəsi təyyarələrlə bağlı qəzalar zamanı (74 nəfər) qeydə alınıb. Onları planerlər (10 nəfər), helikopterlər (6 nəfər) və hava şarları (1 nəfər) ilə baş verən qəzalar izləyib. Son iki ildə pilotsuz uçuş aparatları (dronlar) ilə bağlı ölüm və ya xəsarət hadisəsi qeydə alınmayıb. Ticarət məqsədi daşımayan uçuşlar (biznes, nümayiş, uçuş təlimi və ya köçürmə uçuşları) bütün ölüm hallarının 91,2 faizini təşkil edib. Bu statistika üzrə xüsusi əməliyyatlar (kənd təsərrüfatı, hava reklamı və ya fotoqrafiya uçuşları kimi) 5,5 faiz, kommersiya hava nəqliyyatı isə 3,3 faiz paya malik olub. Aİ-də qeydiyyatdan keçmiş təyyarələrin iştirakı ilə baş verən qəzalar nəticəsində isə ötən il 214 nəfər ağır və ya yüngül xəsarət alıb. Bu göstərici 2023-cü ildə 229 nəfər olub. Xəsarətlərin təxminən 60 faizi (129 nəfər) təyyarə qəzaları nəticəsində baş verib. Planerlərlə baş verən qəzalarda 41 nəfər, helikopter və hava şarlarında baş verən hadisələrdə isə müvafiq olaraq 24 və 20 nəfər xəsarət alıb.
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu
Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
Şəhid general-mayor Məhəmməd Əsədov – O, erməni naziri necə çaşdırmışdı? - VİDEO
Əli Həsənovun qızı biznesini satmaqdan imtina etdi
"Şəki Yaylası"nda faciəyə görə həbs edilənlər var
Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə naziri dəyişdi, müşavir işindən ayrıldı
Sabah bəzi sürücülər imtahana cəlb olunacaqlar - RƏSMİ












