Ötən il TBNM ilə 3,3 milyon ton yük daşınıb

Ötən il TBNM ilə 3,3 milyon ton yük daşınıb
Ötən il Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə 3,3 milyon ton yük daşınıb ki, bu da 2023-cü illə müqayisədə 21 % çoxdur.
Avtosfer.az xəbər verir ki, bu barədə "Qazaxıstan Dəmir Yolları” SC yanında "İnteqrasiya edilmiş Planlaşdırma Direktorluğu"nun direktor müavini Alibi Tulegenov “Report”a müsahibəsində bildirib.
"Bu artım əsasən Qazaxıstanın ixracının genişlənməsi hesabına mümkün olub - ixrac həcmi də 21 % artıb", - o vurğulayıb.
A.Tulegenov qeyd edib ki, hazırda Transxəzər marşrutunun dəmir yolu seqmentinin ötürücülük qabiliyyəti ildə 6 milyon ton təşkil edir: “Lakin planlarımızda bu göstəricini dəhlizin bütün infrastrukturu - dəmir yolu və limanlar - hesabına ildə 10 milyon tona çatdırmaq var”.
Onun sözlərinə görə, 2024-cü ildə Çinin Sian şəhərində Qazaxıstan-Çin yük terminalının istifadəyə verilməsi ilə Orta Dəhliz üzrə Çindən konteyner tranziti xeyli artıb. İlin yekunlarına görə 358 konteyner qatarı göndərilib ki, bu da əvvəlki dövrlə müqayisədə 33 dəfə çoxdur.
A.Tulegenov vurğulayıb ki, 2025-ci ildə Çindən Orta Dəhliz vasitəsilə təxminən 600 konteyner qatarının göndərilməsi planlaşdırılır:
"Bu isə marşrutun potensialından xəbər verir".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












