Ötən il yol təsərrüfatına dəymiş ziyanın məbləği açıqlandı

2024-cü il ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 788 yol-nəqliyyat hadisəsi baş vermişdir.
Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilir ki, bunun nəticəsində 8878 pm əyrixətli tirlər, 52 ədəd beton bordür, 387 pm mühafizə çəpəri, 40 ədəd işıq dirəyi, 56 ədəd yol nişanı, 12 m2 istinad divarı, 416,5 m2 asfalt-beton örtük, 3 ədəd məlumat lövhəsi, 200 m2 fibrobeton,10 m2 travertin, 2 ədəd teksalit və 20 m körpü məhəccəri, 27,2 m2 mərmər, 36,56 m2 alkapon yararsız hala düşmüşdür.
Ümumilikdə yol təsərrüfatına 890 711,44 manat məbləğində maddi ziyan dəymiş, bundan 457 371,23 manatı (51,34 %) ödənilib.
Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə, 700 yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunmuş, 9 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə, 79 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığından onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunmuşdur.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












