Ov mövsümü başa çatdı

Ölkə ərazisində 10 oktyabr 2025-ci il tarixindən açıq elan olunmuş ov mövsümü başa çatıb. 1 dekabr tarixindən etibarən ölkə ərazisində ov edilməsi qadağan olunur.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Avtosfer.az-a bildirib ki, alim və mütəxəssislərlə birgə aparılan mütəmadi monitorinqlərin nəticələrinə əsasən, son illər müşahidə edilən qlobal iqlim dəyişiklikləri ölkəmizin faunasına da təsir göstərdiyindən ov mövsümünün məhdudlaşdırılması zərurəti yaranıb.
“Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi quşların ənənəvi toplaşma, istirahət, qidalanma, qışlama və yuvalama yerlərinin, həmçinin bir sıra növlərin miqrasiya marşrutlarının dəyişməsinə səbəb olub. Qeyd olunanlar nəzərə alınaraq, hazırda təbiətdə gedən proseslər izlənilir və nəticələrdən asılı olaraq, ov mövsümünün yenidən açılıb-açılmaması məsələsinə baxılacaq”.
Xidmət rəsmisi ov mövsümünün bağlı olduğu müddətdə vətəndaşları qanunvericiliyin tələblərinə əməl etməyə və qanunsuz ovdan çəkinməyə çağırıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












