Özbəkistan sovet standartlı benzinlə vidalaşdı - FOTO

Özbəkistanda Ai-80 markalı avtomobil benzininin birjada satışı dayandırılıb. Artıq daşkənd birjasında yalnız oktan ədədi 92-dən yuxarı olan benzin növləri satılır.
Avtosfer.az xəbər verir ki, bu barədə “Özbəkneftqaz” şirkəti məlumat yayıb. Qeyd olunur ki, artıq Ai-80 markalı benzinin satışı dayandığı üçün daha yüksək oktanlı benzinlərin satışı intensivləşib. Lakin neftayırma zavodlarının öhdəlikləri ləğv edilməyib. Bugünədək müqavilə bağlamış yanacaqdoldurma məntəqələri qarşısında öhdəlikləri anbarlardakı ehtiyatlar hesabına təmin ediləcək.
Qeyd edək ki, Özbəkistanda 80 oktanlı benzinin istehsalının dayandırılması 5 ildir müzakirə olunurdu. Lakin hər payız mövsümündə benzin qıtlığı əsas gətirilərək istehsal müddəti uzadılırdı. Bu dəfə isə məsələ konkretləşib.
Ai-80 Sovet dövründə istehsal edilmiş Ai-76 benzininin Avro-2 standarlarına uyğunlaşdırılmış versiyasıdır. Sözügedən benzin sovet istehsalı olan yük avtomobilləri, avtobuslar (ZİL, QAZ, PAZ, LAZ), mülki və hərbi stasionar qurğularda istifadə edilir. Rusiyada Ai-76 və Ai-80 markalı benzinlərin istehsalı 31 dekabr 2010-cui ildə dayandırılıb. Lakin ehtiyatların tam satılması 3-4 il çəkib.
Artıq bu benzin cəmi 1 ölkədə Əfqanıstanda kiçik həcmdə istehsal edilir.
Vüqar
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS













