Parisdə güclü qar rekord tıxaclara səbəb oldu

Parisin İl-de-Frans regionunda yağan güclü qar yanvarın 5-də yol hərəkətində misli görünməmiş iflicə səbəb olub.
Avtosfer.az xəbər verir ki, yol hərəkəti üzrə məlumat saytı “Sytadin”in məlumatına görə, saat 18:00 radələrində bölgə üzrə tıxacların ümumi uzunluğu min kilometri keçərək tarixi rekord həddə çatıb.
Vəziyyət daha sonra tədricən yaxşılaşmağa başlayıb: saat 19:00-da tıxacların uzunluğu təxminən 800 kilometrə, saat 20:00-dan sonra isə 400–500 kilometrə enib. Buna baxmayaraq, axşam saatlarında yol hərəkəti uzun müddət ciddi şəkildə çətinləşmiş vəziyyətdə qalıb.
Qar və buzlanma səbəbindən Paris polis prefekti “qar və buz planı”nın 3-cü səviyyəsini aktivləşdirib. Bu çərçivədə kütləsi 3,5 tondan ağır yük maşınlarının əsas magistrallarda hərəkəti qadağan edilib, bütün nəqliyyat vasitələri üçün maksimal sürət 80 km/saatla məhdudlaşdırılıb. Prefektura günorta saatlarından etibarən sürücülərə geri dönüşlərini qabaqcadan planlaşdırmağı tövsiyə edib.
İctimai nəqliyyat da ciddi təsirə məruz qalıb. Şəhər nəqliyyatını idarə edən RATP şirkəti Paris daxilində avtobusların hərəkətini saat 16:00 radələrində tamamilə dayandırıb. Hava limanlarında uçuşların sayı azaldılıb. Paytaxtda metro və şəhərətrafı qatar xətləri ümumilikdə normal işləsə də, T5 və T6 tramvay xətlərində hərəkət qismən dayandırılıb.
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO












