Parisdəki tədbirdə Azərbaycanın nəqliyyat sahəsindəki təcrübəsindən danışılıb - FOTOLAR

Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Beynəlxalq Nəqliyyat Forumu (ITF) tərəfindən “Əlilliyi olan şəxslərin nəqliyyata çıxış imkanları” mövzusunda keçirilən beynəlxalq dəyirmi masada təmsil olunub.
Avtosfer.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi, ITF Katibliyinə ezam olunan milli ekspert Əliş İsmayılov müxtəlif sessiyalardakı çıxışında ölkəmizin təcrübəsini bölüşüb.
Ölkəmizdə nəqliyyat və kommunikasiya sahəsində qurumlararası əməkdaşlığın gücləndirilməsi istiqamətində aparılan islahatlar, ictimai nəqliyyatda yeni maliyyə mexanizminin tətbiqi haqqında məlumat verilib. Bu tədbirlərin nəqliyyat sektorunun maliyyə dayanıqlığını artırmaq və xidmətlərin keyfiyyətini yüksəltmək baxımından əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Sessiya rəhbəri bu islahatları yüksək qiymətləndirərək Azərbaycan təcrübəsinin yekun hesabata nümunə kimi daxil ediləcəyini deyib.
Tədbirdə Yaponiya, İrlandiya, Avstriya, Kanada, Portuqaliya, Niderland və digər ölkələrin nüfuzlu qurumlarının nümayəndələri iştirak ediblər. Dəyirmi masa nəqliyyata bərabər çıxış imkanlarının təmini və inklüziv nəqliyyat siyasətinin inkişafı istiqamətində əməkdaşlığın gücləndirilməsi baxımından vacib platforma rolunu oynayıb. Azərbaycan təcrübəsinin beynəlxalq səviyyədə tanınması ölkəmizin inklüziv nəqliyyat sahəsində də uğurlu fəaliyyətini bir daha təsdiqləyib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












