“Partlayıcı” zarafatı baha başa gəldi

Livanın paytaxtı Beyrutda Parisə uçmağa hazırlaşan sərnişin təyyarəsi bir şəxsin əl baqajında partlayıcı maddə olduğunu deməsindən sonra təxliyə edilib.
Avtosfer.az “Al Modon” qəzetinə istinadən xəbər verir ki, hadisə Rafiq Həriri beynəlxalq hava limanında Beyrut-Paris marşrutu üzrə uçuş həyata keçirən “Middle East Airlines” (MEA) aviaşirkətinə məxsus təyyarədə qeydə alınıb.
Həyat yoldaşı ilə birlikdə təyyarəyə minən sərnişin əl baqajını yuxarıdakı baqaj bölməsinə yerləşdirə bilmədiyini və çantada partlayıcı maddə olduğunu bildirib.
Sərnişin daha sonra bunun zarafat olduğunu desə də, onun ifadəsi potensial təhlükəsizlik təhdidi kimi qiymətləndirilib. O və həyat yoldaşı təyyarədən çıxarılıb.
Bundan sonra bütün sərnişinlər təyyarədən təxliyə edilərək ətraflı yoxlamadan keçirilib. Təyyarə və sərnişinlərin baqajları da yenidən yoxlanılıb.
Axtarış zamanı nə sərnişinin çantasında, nə də təyyarədə hər hansı partlayıcı maddə aşkarlanıb.
Sərnişin dindirilməsi və zəruri hüquqi prosedurların həyata keçirilməsi üçün müvafiq təhlükəsizlik bölmələrinə təhvil verilib.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












