Paşinyan Azərbaycan xalqını təbrik etdi

“Ermənistan və Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub və bu sülh artıq insanların gündəlik həyatlarında hiss olunur”.
Avtosfer.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Əlbəttə, istənilən sülhün əldə edilməsi asan deyil. Bizim sülhümüzün əldə olunması da asan olmadı. Amma istənilən sülhü dağıtmaq və heçə endirmək son dərəcə asandır. Bunu çox qısa müddətdə etmək mümkündür. Və sual budur: belə bir vəziyyətdə 35 ildən sonra yenidən sülh yaratmaq mümkün olacaqmı?
Bu gün (Ermənistanda) bir çoxları - bəziləri məqsədyönlü, bəziləri isə bilmədən sülhü dağıtmaq məntiqi ilə hərəkət edir. Bu fəaliyyət bəzən xoş səslənən və ya “vətənpərvərlik” pərdəsi arxasında gizlənir”, - Baş nazir bildirib.
Paşinyan qeyd edib ki, sülhü dönməz etmək üçün “Qarabağ ermənilərinin geri qayıtması” kimi mövzuları davam etdirməmək zəruridir:
“Bu, həll edilməli olan məsələdir - gələcək nəsillərimizin dinc yanaşı yaşamaq hüququ naminə. Bu gün reallaşdırmalı və müdafiə etməli olduğumuz hüquq məhz budur. Biz buna zidd olan istənilən ritorikanın öhdəsindən gəlməyi bacarmalıyıq.
Prezident Trampa bu sülhün əldə olunmasına verdiyi əvəzsiz səylərə görə təşəkkür edirəm.
Ermənistan xalqını 8 avqust münasibətilə təbrik edirəm.
Azərbaycan xalqını 8 avqust münasibətilə təbrik edirəm”./teleqraf
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












