Paşinyan Azərbaycanla dəmir yolunun tikintisindən danışdı

Regional nəqliyyat kommunikasiyalarının açılması məsələsində əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını və bunda maraqlı olduqlarını Ermənistan tərəfi bir daha bəyan edib.
Avtosfer.az-ın xəbərinə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinq zamanı deyib. O bildirib ki, bu məsələ ilə bağlı Rusiyaya yazılı müraciət ünvanlanıb, lakin hələlik cavabın olub-olmaması barədə məlumatı yoxdur. Bununla belə, Paşinyan ümumilikdə müsbət siqnallar aldıqlarını və prosesin sürətlənəcəyinə ümid etdiklərini vurğulayıb.
Baş nazir qeyd edib ki, yanvar ayında Ermənistan və Azərbaycan nümayəndələri dəmir yolunun Yerasx–Sədərək hissəsinə baxış keçiriblər və bununla bağlı rəsmi bəyanat verilib. Onun sözlərinə görə, proseslər davam edir və Ermənistan regional prosesləri dayandıra bilməz.
Nikol Paşinyan əlavə edib ki, rusiyalı tərəfdaşların tərəddüd etməyəcəyinə ümid edirlər. O, eyni yanaşmanın Axurik hissəsinə də aid olduğunu bildirib. Baş nazirin sözlərinə görə, əgər rusiyalı tərəfdaşlar bu investisiyanı etmək istəməsələr, Ermənistan həmin hissələri geri götürəcək və onları müstəqil şəkildə təmir edəcək.
Könül Rauf
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi












