Paşinyan bu tarixdə Bakıya gələcək - Deputat AÇIQLADI

Ermənistanın Baş naziri Nikol Paşinyan dəvət olunacağı təqdirdə, 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Azərbaycana gələcəyini açıqlayıb.
Milli Məclisin deputatı Hikmət Babaoğlu açıqlamasında qeyd etdi ki, siyasət çox dinamik və şərtləri tez dəyişən bir prosesdir:
"Ona görə də analitiklər daim qısamüddətli, ortamüddətli və uzunmüddətli proqnozlar hazırlayaraq həm siyasi proseslərin özünə yön verməyə çalışırlar, həm də qəbul edilə biləcək qərarların necə olacağını proqnozlaşdırmağa cəhd göstərirlər. 2028-ci ildə Paşinyanın Avropa Siyasi Birliyinin Azərbaycanda keçiriləcək sammitində iştirak etmək arzusu, mənim fikrimcə, reallaşa bilər. Ermənistan və Azərbaycan arasında diplomatik əlaqələrin yaradılması üçün indiyədək heç vaxt bu qədər əlverişli şərtlər olmayıb. Bununla yanaşı, həmin şərtlərin bir qisminin hələ də tam formalaşmadığını da görürük. Ona görə də bu istiqamətdə vacib addımların atılması zəruridir.
Qarşıda təxminən iki illik müddət var. Bu dövr ərzində Ermənistan rasional qərarlar qəbul edərək Azərbaycanın tələblərinə uyğun addımlar atsa və nəticədə qısamüddətli perspektivdə iki ölkə arasında diplomatik əlaqələr yaransa, heç şübhəsiz, Paşinyanın 2028-ci ildə Bakıya gəlməsi mümkün ola bilər".

Millət vəkili Nikol Paşinyanın istəyi ilə bağlı öz proqnozunu da bildirdi:
"Mənim proqnozuma gəldikdə isə bu ehtimalın kifayət qədər yüksək olduğunu düşünürəm. Bunun reallaşması üçün zəruri addımların atılması vacibdir. Əgər hər hansı fövqəladə və ya gözlənilməz hadisələr baş verməzsə, çox güman ki, Paşinyanın 2028-ci ildə Azərbaycana gəlmək ehtimalı xeyli yüksək olacaq".
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












