Paşinyan Rusiya səfərindən narazı qayıtdı - SƏBƏB

“Ermənistanın Baş naziri Nikol Paşinyanın iyulun 6-da başlayan və Yekaterinburqda keçirilən beynəlxalq sənaye sərgisində iştirakı ilə müşayiət olunan Rusiya səfəri ölkə üçün gözlənilən iqtisadi nəticələri verməyib”.
Avtosfer.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.
Bildirilib ki, səfər çərçivəsində Nikol Paşinyan Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşüb:
“Son aylarda Ermənistan-Rusiya iqtisadi münasibətlərində yaranan problemlər fonunda gözlənilirdi ki, görüş zamanı heç olmasa, erməni biznesinin üzləşdiyi çətinliklərin aradan qaldırılması istiqamətində müəyyən razılaşmalar əldə olunacaq. Lakin hökumətdəki mənbələrin bildirdiyinə görə, Nikol Paşinyan Yekaterinburqdan narazı qayıdıb. Məlumata əsasən, görüşdə müxtəlif məsələlər müzakirə olunsa da, əsas problemlərlə bağlı heç bir praktik razılıq əldə edilməyib.
Xüsusilə, Ermənistandan Rusiyaya ixrac olunan məhsullara tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində irəliləyiş olmayıb. Həmçinin bəzi məhsulların Rusiya bazarına çıxışı ilə bağlı aylardır erməni ixracatçılarına ciddi çətinlik yaradan problemlər də həllini tapmayıb. Eyni vəziyyət enerji sahəsində də müşahidə olunur”.
“Joxovurd” qəzetinin məlumatına görə, təbii qaz məsələsində də hər hansı ciddi irəliləyiş qeydə alınmayıb və bu istiqamətdə qeyri-müəyyənlik davam edir:
“Hökumət mənbələrinin sözlərinə görə, ümumilikdə görüş dostluq və səmimi atmosferdə keçib. Tərəflər uzun müddət söhbət edib, birlikdə nahar edib, tostlar qaldıraraq bir-birlərini tərifləyiblər. Lakin bu isti münasibət konkret siyasi və ya iqtisadi nəticələrlə müşayiət olunmayıb. Nəticədə Ermənistan üçün ən həssas iqtisadi məsələlər hələ də açıq qalır”.
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı










