Paşinyan və Belozyorov Arazdəyən-Naxçıvan dəmir yolunun bərpasını müzakirə ediblər

Ermənistan və Rusiya dəmir yolunun fəaliyyəti ilə bağlı məsələlərin həlli məqsədilə işçi qrupu yaradacaqlar.
Avtosfer.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu detallar Ermənistanın baş naziri Nikol Paşinyan ilə "Rusiya Dəmir Yolları" (RDY) ASC-nin rəhbəri Oleq Belozyorov arasındakı görüşün nəticələri barədə Ermənistan Hökumətinin açıqlamasında öz əksini tapıb.
İrəvanda keçirilən görüş zamanı Paşinyan vurğulayıb ki, regionun nəqliyyat kommunikasiyalarının açılması perspektivləri fonunda Ermənistan rəhbərliyinin əsas hədəfi ölkənin dəmir yolu sistemini rəqabətədavamlı səviyyəyə çatdırmaq, həmçinin onu qonşu ölkələrin və qlobal dəmir yolu şəbəkəsinə nteqrasiya etməkdir.
Bu xüsusda, tərəflər regional proseslərin təqdim etdiyi yeni imkanları nəzərdən keçirib, Ermənistanın dəmir yolu infrastrukturunun beynəlxalq tranzit yollarına inteqrasiyası və rəqabət potensialının yüksəldilməsi istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi aparıblar.
"Gümrü - Axurik - Türkiyə sərhədi və Yerasx (Arazdəyən - red.) - Naxçıvan istiqamətlərindəki dəmir yolu xətlərinin yenidən qurulması layihələrinə dair müzakirələr həyata keçirilib", - deyə açıqlamada qeyd olunub.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












